Baş katib və BMT TŞ Əfqanıstanda baş verən terror aktını qətiyyətlə pisləyiblər


Digərləri 21 Noy 2018 07:13:00 257 0

Baş katib və BMT TŞ Əfqanıstanda baş verən terror aktını qətiyyətlə pisləyiblər

BMT-nin baş katibi Antoniu Quterreş və BMT Təhlükəsizlik Şurasının üzvləri Əfqanıstanın paytaxtı Kabildə baş verən terror aktını qətiyyətlə pisləyiblər

Bakı. BMT-nin baş katibi Antoniu Quterreş və BMT Təhlükəsizlik Şurasının üzvləri Əfqanıstanın paytaxtı Kabildə baş verən terror aktını qətiyyətlə pisləyiblər. Trend-in məlumatına görə, bu barədə BMT-nin baş katibinin mətbuat xidmətinin bəyanatında deyilir. Bəyanatda bildirilir: "Mülki şəxslərə hücumlar beynəlxalq humanitar hüququn pozulmasıdır. Günahkarların məsuliyyətə cəlb edilməsi üçün bütün səyləri göstərmək lazımdır".