Danışıqlar 40 il davam etdi və...
Dünya 21 Noy 2018 07:00:00 260 0
Danimarka və Polşa Baltik dənizində sərhədlərin müəyyən edilməsi barədə xüsusi saziş imzalamaqla bu prosesi başa çatdırıblar.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu məsələyə dair danışıqlar 40 il davam edib.
İki ölkənin xarici işlər nazirləri Brüsseldə görüşərək saziş imzalayıblar. İmzalama prosesi başa çatandan sonra Danimarkanın xarici işlər naziri Anders Samuelsen 40 il davam edən danışıqların bu şəkildə başa çatmasına görə məmnun olduğunu bildirib.
Mənbə: milli.az