Təranə Səmədovaya ağır cəza istənilir


Şou-biznes 20 Noy 2018 23:37:00 288 0

Təranə Səmədovaya ağır cəza istənilir

İnsan alverində təqsirləndirilərək həbs edilən tanınmış prodüser Təranə Səmədova barəsindəki hökmdən zərərçəkmiş şəxslər tərəfindən də apellyasiya şikayəti verilib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, onlar şikayətlərində T.Səmədovaya daha ağır cəza verilməsini tələb edirlər. İş üzrə məhkəmənin vaxtı yaxın günlərdə məlum olacaq.

Qeyd edək ki, T.Səmədova barəsində bəraət çıxarılması üçün Bakı Apellyasiya Məhkəməsinə şikayət etmişdi.