Trampın qaçqınlarla bağlı verdiyi qərar təxirə salınıb


Dünya 20 Noy 2018 22:42:00 231 0

Trampın qaçqınlarla bağlı verdiyi qərar təxirə salınıb

ABŞ prezidenti Donald Trampın Meksika sərhədindən qaçqınların ABŞ-a keçməsini qadağan edən qərarı təxirə salınıb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu haqda ABŞ-ın Federal məhkəməsi tərəfindən məlumat yayılıb. Hələ ki, bu qərarın hansı səbəbdən təxirə salındığı bəlli deyil.

Sərhəddəki son vəziyyətlə bağlı isə Birləşmiş Millətlər Təşkilatı məlumat yayıb. BMT-nin məlumatına görə, Mərkəzi Amerikadan ABŞ-a keçmək istəyən qaçqınların sayı 7 mindən artıqdır. Bu qaçqınların 2 min 300-ünün uşaq olduğu qeyd olunub.