Peyğəmbərimizin bizə 5 xəbərdarlığı


Digərləri 20 Noy 2018 22:50:00 236 0

Peyğəmbərimizin bizə 5 xəbərdarlığı

İbni Abbas Həzrət Peyğəmbərdən (s) nəql edir ki, buyurur: "Ey insanlar! Dünya sizi axirətdən saxlamasın.

Nəfsani istəklərinizi İlahi itaətdən üstün tutmayın.

İmanınızı günahla düçar olmaq vasitəsi qərar verməyin.

Hesaba çəkilməzdən əvvəl, özünüz nəfsinizi hesaba çəkin.

Əzab olunmazdan əvvəl Qiyamət üçün hazır olun.

Məcburi şəkildə hərəkət etməzdən əvvəl, köçmək üçün ehtiyat toplayın".

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) bu nurani hədisdə bizlərə 5 göstəriş verir.