Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb


Siyasət 20 Noy 2018 22:18:00 259 0

Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb

Polşanın aparıcı iqtisadi "wpn.pl" portalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasına rəsmi səfəri barədə informasiya yayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yazıda Azərbaycan və Belarus prezidentlərinin görüşlərində, mətbuata bəyanatlarında iki ölkə arasında iqtisadi, siyasi, ticari əlaqələrin inkişafı ilə bağlı söylənilən fikirlərin, imzalanan sənədlərin əhəmiyyətindən söhbət açılır. Qeyd olunub ki, Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko dost və qardaş ölkələr olan Azərbaycan ilə Belarus arasında əlaqələrin bütün istiqamətlərdə inkişafından məmnunluqlarını ifadə ediblər.