Gəncədə əl qumbarası tapılıb FOTO


Digərləri 20 Noy 2018 21:31:00 205 0

Gəncədə əl qumbarası tapılıb  FOTO

Gəncə şəhərində əl qumbarası tapılıb.

Bu barədə Son.az-a Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Belə ki, noyabrın 20-si saat 13:06-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Gəncə şəhəri, Kəpəz rayonu, Xəqani küçəsi, ev 16 ünvanında partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.


Xəbərə aid fotolar