Tovuzda yol qəzası baş verib, yaralananlar var


Digərləri 20 Noy 2018 21:32:00 268 0

Tovuzda yol qəzası baş verib, yaralananlar var

Tovuz rayonunda yol qəzası baş verib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə rayonun Öysüzlü kəndində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı avtomobillə "VAZ-21015" markalı minik maşını toqquşub. Nəticədə Qazax rayon sakini Tofiq Musa oğlu İbrahim və Tovuz rayon sakini Ədalət Xankişi oğlu İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.