Şəkidə yük maşını qadın piyadanı vuraraq öldürüb


Digərləri 20 Noy 2018 21:33:00 305 0

Şəkidə yük maşını qadın piyadanı vuraraq öldürüb

Şəki rayonunda zibil daşıyan maşın 84 yaşlı qadını vuraraq öldürüb.

Son.az "Report"a istinadən bildirir ki, şəhərin Yaqub Süleymanov küçəsi, ev 14 ünvanında yaşayan 1934-cü il təvəllüdlü Təyarə Abdulla qızı Hüseynovanı avtomobil vurub. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ancaq T.Hüseynova ilkin müayinədən sonra övladlarının təkidi ilə xəstəxanadan evə aparılarkən yolda ölüb.

Faktla bağlı Şəki şəhər rayon Polis şöbəsində araşdırma aparılır.