Körpənin rejimi


Digərləri 20 Noy 2018 21:25:00 352 0

Körpənin rejimi

Yuxu və oyaq qalmanın gün ərzindəki nisbəti, gecə yuxusunun daha uzun müddətli olması rejimi uşaq anadan olan kimi öz-özünə tənzimlənmir. Bu işdə körpəyə yardım etmək lazımdır.

Yuxu sükut və rahatlıqla qorunur, oyaq vaxtı isə uşaqla təmasda olurlar, oynamaq üçün oyuncaqlar verirlər, masaj edirlər və s. Ritmin yaranmasına qidalandırma rejimi də kömək edir. Yadda saxlamaq lazımdır ki, 6 ayına qədər qida uşağın tələbatları içində aparıcı yer tutur. Ona görə də uşağı yuxudan oyanan kimi yedizdirirlər, sonra isə yuyundurub əsgilərini dəyişirlər. Bunlar da oyaq qalma elementlərinə daxildir. Rejim yaradarkən yuxu-yedizdirmə-oyaq qalma ardıcıllığına riayət etmək lazımdır.

Son.az saglamolun.az-a istinadən bildirir ki, əksər yeni doğulmuşlar tox, əsgiləri quru olursa, bağırsaqları normal işləyirsə, yeməkdən yeməyə qədər yatırlar. Bir aylıq uşağın orta hesabla yatma müddəti gündə 18 saatdan az olmamalıdır. Tədricən oyaq qalma müddəti uzanır və 6 ayında uşaq gün ərzində 3 dəfə 2 saat, gecə isə 10 saat yatır.

Yuxunun bir neçə mərhələləri var və bunlar da 3 yaş ərəfəsində tam formalaşır. Müşahidələr göstərir ki, 1-2 yaşlı uşaqlar pis əhvali-ruhiyyədə oyanır, 3 yaşında isə tez yuxuya gedir və rahat, xoş əhvali-ruhiyyədə oyanır.

Uşağın yuxusunu "yaratmaq" lazımdır. Körpə öz yuxusunu kifayət qədər oyaq qalmaqla qazanır. Uşaq 2,5 ayına qədər yedizdirildikdən sonra dərhal yuxuya gedir. 3 ayından sonra isə qidalanma oyaq qalma müddətini uzadır, ona görə də bu vaxtı oyunlara, masaja sərf etmək lazımdır.