DOST konsepsiyası və “esosial” internet portalının təqdimatı olub FOTO


Digərləri 20 Noy 2018 20:48:00 146 0

DOST konsepsiyası və “esosial” internet portalının təqdimatı olub  FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DOST konsepsiyasının, "e-sosial" internet portalının, yeni loqosunun və rəsmi internet səhifəsinin təqdimatını keçirib.

Nazirlikdən Son.az-a verilən məlumata görə, Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin - DOST Agentliyinin konsepsiyasının, dövlət başçısının 5 sentyabr 2018-ci il tarixli Fərmanı ilə yaradılmış "e-sosial" internet portalının, nazirliyin yeni loqosunun və rəsmi internet səhifəsinin (www.sosial.gov.az) təqdimat mərasimi keçirilib.

Tədbirdə hökumət rəsmiləri, millət vəkilləri, ayrı-ayrı dövlət qurumlarının, beynəlxalq təşkilatların, səfirliklərin, elm-təhsil təşkilatlarının, qeyri-hökumət təşkilatlarının, biznes strukturlarının nümayəndələri iştirak edib.

Baş nazirin müavini Əli Əhmədov ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsinin Azərbaycan Prezident İlham Əliyevin sosial siyasətinin mühüm istiqamətini təşkil etdiyini, ötən dövrdə bu istiqamətdə əhəmiyyətli irəliləyişlər əldə olunduğunu bildirib. Dövlət sosial xidmətlər sisteminin innovativ həllərin tətbiqi üzərində təkmil şəkildə qurulması və şəffaflaşdırılması üçün aparılan islahatları qeyd edən Ə.Əhmədov DOST Agentliyi və mərkəzlərinin bu istiqamətdə mühüm keyfiyyət dəyişikliyinə imkan yaradacağını diqqətə çatdırıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dövlət sosial xidmətləri sahəsində vətəndaş məmnunluğuna nail olunmasının Prezident İlham Əliyevin sosial sahə ilə bağlı islahatlar proqramının başlıca xətti olduğunu vurğulayıb. O, dövlət başçısının 9 avqust 2018-ci il tarixli "Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı ilə yaradılan DOST Agentliyinin və mərkəzlərinin bu məqsədə nail olunmasına imkan verəcəyini deyib.

Nazir bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsinin həyata keçirilməsi əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə xidmətlərin bir pəncərədən, tam şəffaf, vətəndaşlarla açıq iş şəraitində, nəzakətli şəkildə, sadə və əlçatan prosedurlarla təqdim edilməsinə imkan verməklə, ölkəmizin bu sahə üzrə yeni brendini formalaşdıracaq. Layihənin icrası işləri yol xəritəsi üzrə mərhələli şəkildə, yerli və beynəlxalq ekspertlərin iştirakı, mütərəqqi dünya praktikasının öyrənilməsi şəraitində aparılır. Görülən işlərin mühüm tərkib hissəsi kimi, artıq DOST Agentliyinin konsepsiyası hazırlanıb.

Putini İraqa dəvət etdilər... like
  • 20 Noy 20:40  
Dünya Putini İraqa dəvət etdilər...

İraqın baş naziri Adel Abdel Mahdi Rusiya prezidenti Vladimir Putini ölkəsi

arrow Ətraflı
Bir ilə 83 milyon dollar qazandı like
  • 20 Noy 20:35  
Digərləri Bir ilə 83 milyon dollar qazandı

Nüfuzlu "Forbes" jurnalı ən çox pul qazanan məşhur xanımların

arrow Ətraflı
Şəkidə 4 yaşlı uşaq faciəvi şəkildə öldü like
  • 20 Noy 20:30  
Digərləri Şəkidə 4 yaşlı uşaq faciəvi şəkildə öldü

Şəki rayonunda dörd yaşlı uşağı maşın vuraraq öldürüb.

arrow Ətraflı
DOST konsepsiyası və “e-sosial” internet portalının təqdimatı olub (FOTO) like
  • 20 Noy 20:20  
Digərləri DOST konsepsiyası və “e-sosial” internet portalının təqdimatı olub (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DOST konsepsiyasının, “e-s

arrow Ətraflı
Bakıda mənzillər bahalaşdı like
  • 20 Noy 20:20  
Digərləri Bakıda mənzillər bahalaşdı

2018-ci ilin oktyabr ayında Bakıda mənzil bazarında qiymət artımı baş ve

arrow Ətraflı
"Müslüm" filmindən bir qəpik almadım" like
  • 20 Noy 20:16  
Digərləri "Müslüm" filmindən bir qəpik almadım"

Bu günə qədər 4,5 milyona qədər insanın izlədiyi məşhur "Müslü

arrow Ətraflı
Görmə qabiliyyətini itirməmək üçün bu tərəvəzləri hər gün yeyin like
  • 20 Noy 20:13  
Digərləri Görmə qabiliyyətini itirməmək üçün bu tərəvəzləri hər gün yeyin

Gündəlik olaraq nitratlarla zəngin tərəvəzlərin istifadəsi görmə qabil

arrow Ətraflı
3 uşaq anası itkin düşüb  FOTO like
  • 20 Noy 20:10  
Digərləri 3 uşaq anası itkin düşüb FOTO

Mingəçevirdə 3 uşaq anası Eyvazova Gülay Teyyub qızı itkin düşüb.

arrow Ətraflı
Dünyanın ən cəld pianoçusu Bakıda konsert verəcək (VİDEO) like
  • 20 Noy 20:06  
Digərləri Dünyanın ən cəld pianoçusu Bakıda konsert verəcək (VİDEO)

Peter Bense noyabrın 24-də Bakı Konqres Mərkəzində "Awesome Piano" konsert

arrow Ətraflı
Yerli məşhurların like
  • 20 Noy 20:05  
Şou-biznes Yerli məşhurların

Ölkə şou-biznesinin tanınmış simaları bu gün də ən yeni şəkillərini

arrow Ətraflı
İrinə Şeyk ailəsi ilə ABŞdan köçdü  FOTO like
  • 20 Noy 19:57  
Digərləri İrinə Şeyk ailəsi ilə ABŞdan köçdü FOTO

Model İrina Şeyk uzun fasilədən sonra yenidən qızı və əri Bred Kuperlə

arrow Ətraflı
Bakının mənzil bazarında bahalaşma var like
  • 20 Noy 19:47  
Digərləri Bakının mənzil bazarında bahalaşma var

2018-ci ilin oktyabr ayında Bakıda mənzil bazarında qiymət artımı baş ve

arrow Ətraflı
Prezident İlham Əliyev FHN Akademiyasına yeni rəis təyin etdi like
  • 20 Noy 19:44  
Siyasət Prezident İlham Əliyev FHN Akademiyasına yeni rəis təyin etdi

Prezident İlham Əliyev Pənah Süleymanovun Azərbaycan Respublikası Fövqəl

arrow Ətraflı