Şəkidə 4 yaşlı uşaq faciəvi şəkildə öldü


Digərləri 20 Noy 2018 20:30:00 268 0

Şəkidə 4 yaşlı uşaq faciəvi şəkildə öldü

Şəki rayonunda dörd yaşlı uşağı maşın vuraraq öldürüb.

Son.az report-a istinadən bildirir ki, hadisə bu gün axşam saatlarında rayonun Vərəzət kəndi ərazisində baş verib.

Belə ki, "VAZ 2106" markalı minik avtomobili yolu keçmək istəyən dörd yaşlı uşağı vurub. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində sürücününvvə uşağın şəxsiyyətini dəqiqləşdirir.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.