Bakıda mənzillər bahalaşdı


Digərləri 20 Noy 2018 20:20:00 230 0

Bakıda mənzillər bahalaşdı

2018-ci ilin oktyabr ayında Bakıda mənzil bazarında qiymət artımı baş verib.

Son.az bildirir ki, bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

N.İbrahimov bildirib ki, təkrar mənzil bazarında qiymətlərdə ay ərzində bahalaşma 2.57 faiz olub.

Ekspertin sözlərinə görə, ilkin mənzil bazarında qiymətlərdə ay ərzində 3.15 faiz artım müşahidə olunub.