Görmə qabiliyyətini itirməmək üçün bu tərəvəzləri hər gün yeyin


Digərləri 20 Noy 2018 20:13:46 250 0

Görmə qabiliyyətini itirməmək üçün bu tərəvəzləri hər gün yeyin

Gündəlik olaraq nitratlarla zəngin tərəvəzlərin istifadəsi görmə qabiliyyətinin itirilməsi riskini azaldır.

Bakı. Gündəlik olaraq nitratlarla zəngin tərəvəzlərin istifadəsi görmə qabiliyyətinin itirilməsi riskini azaldır. Trend-in məlumatına görə, bu qənaətə "Uestmid" Tibbi Araşdırmalar İnstitutunun bir qrup alımi gəlib. 15 il davam edən araşdırmalarda Avstraliyanın yaşı 49-u keçmiş iki mindən çox sakini iştirak edib. Məlum olub ki, hər gün nitratlarla zəngin olan çuğundur, ispanaq kimi tərəvəzlər, həmçinin yaşıl salat yeyənlərdə (100-142 mq) 35 faiz daha az makulodistrofiya diaqnozu qoyulub.