Bakının mənzil bazarında bahalaşma var


Digərləri 20 Noy 2018 19:47:00 269 0

Bakının mənzil bazarında bahalaşma var

2018-ci ilin oktyabr ayında Bakıda mənzil bazarında qiymət artımı baş verib.

Bakı. Elçin Mehdiyev – 2018-ci ilin oktyabr ayında Bakıda mənzil bazarında qiymət artımı baş verib. Bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib. N.İbrahimov bildirib ki, təkrar mənzil bazarında qiymətlərdə ay ərzində bahalaşma 2.57 faiz olub. Ekspertin sözlərinə görə, ilkin mənzil bazarında qiymətlərdə ay ərzində 3.15 faiz artım müşahidə olunub.