VTB (Azərbaycan) III Beynəlxalq bank forumunun tərəfdaşı olub


Digərləri 20 Noy 2018 19:22:02 259 0

VTB (Azərbaycan) III Beynəlxalq bank forumunun tərəfdaşı olub

Forumun iştirakçıları iqtisadiyyatın nağdsızlaşdırılması ilə bağlı təşəbbüsləri, rəqəmsallaşmanı, maliyyə texnologiyaları sahəsində cari vəziyyəti və bazardakı son trendləri müzakirə edib.

Bakı. Bank VTB (Azərbaycan) “Nağdsız iqtisadiyyat: ənənəvi bankçılıqdan rəqəmsal bankçılığa keçid” adlı III Beynəlxalq bank forumunun tərəfdaşı olub. Forumun iştirakçıları iqtisadiyyatın nağdsızlaşdırılması ilə bağlı təşəbbüsləri, rəqəmsallaşmanı, maliyyə texnologiyaları sahəsində cari vəziyyəti və bazardakı son trendləri müzakirə edib. Bank VTB-dən (Azərbaycan) Trend-ə verilən məlumata görə, bankın İdarə heyətinin sədri Evgeniy Kirin “Bank transformasiyası” panelində forum iştirakçıları ilə gələcək ödəniş texnologiyalarını, innovasiyaların bank əməliyyat proqramlarına tətbiqini, eləcə də bu sahədə qəbul olunmuş dövlət proqramlarını müzakirə edib.