Musiqi məktəbinin şagirdi NewYorkda “Carnegie Hall”un səhnəsində çıxış edib FOTO


Digərləri 20 Noy 2018 18:30:00 324 0

Musiqi məktəbinin şagirdi NewYorkda “Carnegie Hall”un səhnəsində çıxış edib  FOTO

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin C.Hacıyev adına 3 nömrəli 11illik musiqi məktəbi Azərbaycan-Amerika Beynəlxalq Mədəniyyət Assosiasiyası tərəfindən keçirilən Azərbaycanın görkəmli bəstəkarı Cövdət Hacıyevin xatirəsinə həsr olunmuş birinci "Florida keys" beynəlxalq musiqi yarışmasında ölkəmizi təmsil edib.

Mill.Az xəbər verir ki, müsabiqədə C.Hacıyev adına 3 nömrəli musiqi məktəbinin vokal ixtisası üzrə X sinif şagirdi Məmmədov Məhəmməd Rəşad oğlu və "Renesans" xoru öz nominasiyaları üzrə birinci yerə layiq görülüblər. Müsabiqə qaliblərinin mükafatlandırma mərasimi və qala-konsert noyabrın 17-də "Carnegie Hall"da baş tutub. Qala konsertdə bu möhtəşəm səhnədə M.Məmmədov Azərbaycanı layiqincə təmsil edib.

Həmçinin, müsabiqədə iştirak edən ölkələrdən 16-sı (Amerika, Almaniya, Ukrayna, İsrail, Cin, Finlandiya, Türkiyə, Koreya, Rusiya, İsveçrə, Tacikistan və.s) müxtəlif nominasiyalarda qalib olublar. Qaliblərə pul mükafatları, Azərbaycan kəlağayıları və milli suvenirlər hədiyyə edilib, müsabiqənin laureatları isə Vyana şəhərində ustad dərslərində və "Mozart's House"da konsertdə iştirak etmək imkanı əldə Müsabiqənin təşkilatçısı bəstəkar C.Hacıyevin qızı Pərvin Muradovadır. O, Florida ştatında Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası yanında təhsil və mədəniyyət komitəsinin sədridir. Layihə assosiasiyanın prezidenti Töhfə Eminova, pianoçu Key Lenq, Çin pianoçusu, Nyu-York musiqi festivalının münsiflər heyətinin üzvü Vivian Fanq Liunun köməyilə keçirilib.


Xəbərə aid fotolar