Ceyhun Bayramov “AmCham” üzvləri ilə görüşüb (FOTO)


Digərləri 20 Noy 2018 17:59:00 362 0

Ceyhun Bayramov “AmCham” üzvləri ilə görüşüb (FOTO)

Təhsil naziri Ceyhun Bayramov Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) üzvləri üçün təşkil edildiyi aylıq işgüzar naharda iştirak edib.

Bakı. Təhsil naziri Ceyhun Bayramov Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) üzvləri üçün təşkil edildiyi aylıq işgüzar naharda iştirak edib. Palatadan Trend-ə verilən məlumata görə, “AmCham Azərbaycan”ın prezidenti Nuran Kərimov və icraçı direktoru Natəvan Məmmədova tədbiri açıq elan etdikdən sonra söz təhsil naziri C.Bayramova verilib. Təhsil naziri öz çıxışında “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbul edilməsindən ötən 5 il ərzində görülmüş işlərdən, təhsil sistemində əldə edilmiş nailiyyətlərdən danışıb. Ceyhun Bayramov iştirakçılara təhsil sahəsində dövlət-özəl sektor əməkdaşlığının mövcud modelləri və bu istiqamətdə mümkün layihələr haqqında ətraflı məlumat verib. İşgüzar naharda “AmCham”ın üzvləri tərəfindən təqdimatlar keçirilib. Həmçinin, Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) nümayəndələri Azərbaycanın 22 rayonunda həssas uşaqları dəstəkləmək üçün yeni sosial biznes layihəsini təqdim ediblər.