"Son iclas" bədiisənədli filmi Antalyada təqdim olundu FOTO


Digərləri 20 Noy 2018 17:51:25 328 0

"Son iclas" bədiisənədli filmi Antalyada təqdim olundu  FOTO

Türkiyənin Antalya şəhərində Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın baş prodüseri olduğu Azərbayan Xalq Cümhuriyətinin 100 illiyinə həsr olunmuş "Son iclas" bədii-sənədli filminin nümayişi olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, filmin nümayişi "İslahatçı Gənclər" İсtimai Birliyi və Serik Bələdiyyəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Filmin təqdimatında ictimai-siyasi xadimlər, ziyalılar, hər iki ölkədən dəvət olunmuş millət vəkilləri, Antalyanın aktiv gəncləri, Serik Bələdiyyəsinin sədri, ictimaiyyət nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər.

Çıxışçılar Ümummilli lider Heyər Əliyevin "Bir millət, iki dövlət" ideyasını tarixin bütün dövrlərində var olduğunu deyib, Azərbaycan dövlətinin müstəqillik uğrunda verdiyi tarixi mübarizədən danışıblar.

"İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı "Son İclas" filmini Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq hakimiyyətinin bütün məqamlarını mükəmməl şəkildə əks etdirən olduqca uğurlu ekran əsəri adlandırıb. O bildirib ki, bugünkü müasir və güclü Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisidir. O vurğulayıb ki, Azərbaycan ikinci dəfə müstəqilliyini əldə etdikdən sona Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində dünya miqyasında nüfuzlu ölkəyə çevrilmişdir.

Fərid Şahbazlı Azərbaycanla Türkiyə arasında tarixi dostluq və qardaşlıq əlaqələrinə diqqət çəkərək, filmdə Azərbaycanı müstəqilliyə aparan çətin və ağır yolda Türkiyənin dəstəyinin əks olunduğunu xüsusi vurğulayıb.

Serik Bələdiyəsinin sədri Professor Ramazan Çalık 100 il öncə Şərqdə ilk dəfə olaraq müstəqilliyini elan edən Azərbaycanın bu tarixi keçmişinin qardaş Türkiyədə türk xalqına göstərilməsinin olduqca əhəmiyyətli olduğunu deyib. Bələdiyyə sədri son illər hər iki ölkə arasında daha da möhkəmlənən qardaşlıq əlaqələrindən danışıb, bütün çətinliklərə baxmayaraq, bu birliyin əbədi və sarsılmaz olduğunu vurğulayıb. O həmçinin müasir Azərbaycanın sürətlə inkişafının bütün dünyanın nəzər nöqtəsində olduğunu bildirib.

Milli Məclisin deputatı Naqif Hamzəyev isə çıxışında Xalq Cümhuriyyətinin tarixi keçmişindən bəhs edib və bu müstəqillik süquta uğradıqdan sonra qardaş Türkiyənin bu mübarizənin fəal qəhrəmanı olan Azərbaycanın tarixi şəxsiyyətlərinə qucaq açdığını deyib. Millət vəkili çağdaş Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyevin uğurlu siyasəti sayəsində böyük uğurlara imza atan Azərbaycanın Cumhuriyyət tarixinin filmdə yüksək səviyyədə əks olunduğunu vurğulayıb.


Xəbərə aid fotolar