Mənşəyi məlum olmayan 2,5 ton ət məhv edilib


Digərləri 20 Noy 2018 17:37:22 173 0

Mənşəyi məlum olmayan 2,5 ton ət məhv edilib

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən mənşəyi məlum olmayan 2,5 ton ət məhv edilib.

Bakı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Təhlükəli Tullantılar Poliqonunda Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən mənşəyi məlum olmayan, insan orqanizmi üçün zərərli, istehlaka yararsız 2.5 ton heyvan cəmdəyi məhv edilib. Agentlikdən Trend-ə verilən məlumata görə, malların məhvolma prosesində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları ilə yanaşı bir sıra media nümayəndələri də iştirak ediblər.