Ata-oğul kafedə 43 yaşlı şəxslə mübahisə etdi, sonra onu "qanına boyadılar"


Digərləri 20 Noy 2018 17:20:00 205 0

Ata-oğul kafedə 43 yaşlı şəxslə mübahisə etdi, sonra onu "qanına boyadılar"

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Zakir Əlizadə, onun oğlu Tural Əlizadə və xuliqanlıqda ittiham olunan Babək Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Zakir Əlizadə, onun oğlu Tural Əlizadə və xuliqanlıqda ittiham olunan Babək Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib. Trend-in məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və prokuror T.Əlizadənin 18 il, Z.Əlizadənin 19 və B.Quliyevin isə 3 il azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmənin növbəti iclası noyabrın 27-nə təyin edilib.