Bakıda adam öldürməyə cəhd edən şəxs saxlanıldı


Kriminal 20 Noy 2018 17:14:00 265 0

Bakıda adam öldürməyə cəhd edən şəxs saxlanıldı

Bakıda adam öldürməyə cəhddə şübhəli bilinən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, noyabrın 19-da saat 4 radələrində Bakı şəhər sakini Alim Əhmədovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi barədə Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.