Atmosferə tullantı atan müəssisə cəzalanıb


Digərləri 20 Noy 2018 17:02:00 216 0

Atmosferə tullantı atan müəssisə cəzalanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakının Binəqədi rayonunda ətrafa tüstü və qoxunun yayan sexi cərimələyib.

Bakı. İlhamə İsabalayeva - Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakının Binəqədi rayonunda ətrafa tüstü və qoxunun yayan sexi cərimələyib. Ekologiya və Təbii Sərvətlər Nazirliyininin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Binəqədi rayonu, 1-ci Mədən, korpus 2-də yerləşən qara metal əritmə sexindən ətrafa tüstü və qoxunun yayılması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb və monitorinq keçirilib. Atmosfer havasından nümunələr götürülüb və analizlər aparılıb. Analizlərin nəticələrinə görə atmosfer havasına atılan tullantıların miqdarının normadan yüksək olduğu məlum olub.