QTAdan Qəbələdə zəhərləndiyi bildirilən şagirdlərlə bağlı AÇIQLAMA: "Hadisənin digər səbəblərdən baş vermə ehtimalı var"


Digərləri 20 Noy 2018 16:44:49 235 0

QTAdan Qəbələdə zəhərləndiyi bildirilən şagirdlərlə bağlı AÇIQLAMA: "Hadisənin digər səbəblərdən baş vermə ehtimalı var"

İlkin araşdırmalara əsasən, "Ölkəmizi tanıyaq" tur-aksiyası çərçivəsində Şəkiyə səfər edən məktəblilər arasında qida zəhərlənməsi baş verməyib. Çünki aksiyada iştirak edən 240 nəfərlik müəllim və şagird heyətindən cəmi 5 nəfərin səhhətində problem yaranıb.

Son.az bildirir ki, bunu Qida Təhlükəsizliyi Agentliyindən (QTA) Trend-in sorğusuna cavab olaraq bildiriblər.

Agentlikdən verilən məlumata görə, hadisənin soyuqdəymə, allergik və digər səbəblərdən baş vermə ehtimalı mövcuddur:

"Bununla yanaşı hadisənin səbəblərinin konkret şəkildə aydınlaşdırılması üçün əraziyə ezam olunmuş Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən laborator müayinələr üçün nümunələr götürülüb və müvafiq laboratoriyaya təqdim olunub. Aparılan laborator müayinələrin nəticələri ilə bağlı yekun məlumat ictimaiyyətə təqdim olunacaq".