Azərbaycandakı rektorsuz universitetlər...


Digərləri 20 Noy 2018 16:33:00 260 0

Azərbaycandakı rektorsuz universitetlər...

Noyabr ayının 15-də Prezident İlham Əliyev akademik Abel Məhərrəmovun Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzaladı. Beləliklə, 19 ildir, BDU-nun rektoru olan Abel Məhərrəmovun rəhbərliyinə xitam verildi. Bundan sonra rektorun səlahiyyətləri universitetdə tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən professor İradə Əliyevaya tapşırıldı.

Böyük səs-küyə səbəb olan hadisədən sonra BDU ilə bərabər Azərbaycanda rektoru olmayan, rektorəvəzi rəhbərliyin idarə etdiyi digər ali məktəblərin taleyi də müzakirə obyektinə çevrildi. 

Son.az xəbər verir ki, modern.az saytı hazırda rektoru olmayan universitetlərin adlarını dəqiqləşdirib.

Bu siyahıda ön sıranı ölkəmizin ən böyük ali təhsil müəssisəsi olan Bakı Dövlət Universiteti tutur. BDU-da hazırda rektorun səlahiyyətlərini müvəqqəti olaraq, prorektor İradə Əliyeva yerinə yetirir.