Bakıda adam öldürməyə cəhd edən şəxs saxlanılıb


Digərləri 20 Noy 2018 16:24:00 210 0

Bakıda adam öldürməyə cəhd edən şəxs saxlanılıb

Adam öldürməyə cəhddə şübhəli bilinən şəxs saxlanılıb

Bakı. Bakıda adam öldürməyə cəhddə şübhəli bilinən şəxs saxlanılıb. DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, noyabrın 19-da saat 4 radələrində Bakı şəhər sakini Alim Əhmədovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi barədə Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə məlumat daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.