İranlı rəsmi: "Urmiya gölünün bərpası üçün investisiya zəruridir"


Dünya 20 Noy 2018 16:16:00 317 0

İranlı rəsmi: "Urmiya gölünün bərpası üçün investisiya zəruridir"

"Urmiya gölünün bərpası qlobal əhəmiyyətə malikdir. Buna görə bu istiqamətdə investisiya qoyuluşu zəruridir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İran parlamentinin kənd təsərrüfatı komissiyasının sədri Əhməd Əli Keyxa Tehranda keçirilən İran və Avropa İttifaqı (Aİ) arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıqla bağlı seminarda deyib.

Onun sözlərinə görə, gölün bərpası istiqamətində Aİ İranda sudan az istifadə olunan məhsulların yetişdirilməsi ilə əlaqədar investisiya yatıra bilər:

"İranın kənd təsərrüfatı texnologiyalarına ehtiyacı var. Bu texnologiya Avropa ölkələrində mövcuddur. Parlament Aİ ilə İran arasında ticarət maneələrinin aradan qaldırılmasına tam hazırdır. İranın Lorestan vilayətində minimum xərclərlə 6 min ton qızılala balığı yetişdirilir. Eyni zamanda, Buşehr vilayətində 150 min hektardan çox ərazidə krevetka (kiçik dəniz xərçəngi) yetişdirilir".

Qeyd edək ki, son aylar Urmiya gölünün su səviyyəsi azalıb.