Paşinyan təmas xəttindəki nisbi sabitlikdən


Siyasət 20 Noy 2018 16:17:00 256 0

Paşinyan təmas xəttindəki nisbi sabitlikdən

Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki nisbi sabitlik iki ölkənin liderləri arasında Düşənbədə əldə olunmuş razılaşmaların nəticəsidir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ermənistan baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyan mətbuat konfransında deyib.

Qeyd edək ki, Düşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında söhbət olub.

Tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, tərəflərin təmas xəttində və Ermənistan ilə Azərbaycan arasındakı sərhəddə insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə sadiq olduqlarını bildiriblər.

Tərəflər müvafiq strukturlar arasında operativ əlaqə qurulması üçün mexanizmlərin yaradılmasını qərara alıblar.