Belarus millisinin sabiq futbolçusu vəfat etdi


İdman 20 Noy 2018 16:10:00 285 0

Belarus millisinin sabiq futbolçusu vəfat etdi

Belarus milli komandasının sabiq futbolçusu Vladimir Juravel 47 yaşında vəfat edib.

Goal.az xəbər verir ki, bu barədə onun son olaraq baş məşqçilik etdiyi Qazaxıstanın Shakhtar (Karaqanda) klubunun rəsmi saytı məlumat yayıb. Onun uzun sürən xəstəlikdən dünyasını dəyişdiyi bildirilib. 

Qeyd edək ki, Vladimir Juravel futbolçu karyerası ərzində Belarus yığması ilə yanaşı, ölkəsinin Dinamo (Minsk) və Torpedo (Jodino) kimi klublarında da çıxış edib.