Paşinyan Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki nisbi sabitlik barədə


Digərləri 20 Noy 2018 16:05:00 244 0

Paşinyan Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki nisbi sabitlik barədə

Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki nisbi sabitlik iki ölkənin liderləri arasında Düşənbədə əldə olunmuş razılaşmaların nəticəsidir.

Bakı. Fikrət Doluxanov - Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki nisbi sabitlik iki ölkənin liderləri arasında Düşənbədə əldə olunmuş razılaşmaların nəticəsidir. Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu Ermənistan baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyan mətbuat konfransında deyib. Qeyd edək ki, Düşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında söhbət olub.