Paşinyandan Dilqəm və Şahbazın geri qaytarılması barədə


Digərləri 20 Noy 2018 15:51:10 261 0

Paşinyandan Dilqəm və Şahbazın geri qaytarılması barədə

Ermənistanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyan mətbuat konfransı keçirib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, Paşinyan Azərbaycan Ordusunun ələ keçirdiyi erməni kəşfiyyatçı Karen Kazaryanın ailəsi ilə görüşməyə hazır olduğunu bildirib. Bununla yanaşı, Paşinyan Dilqəm və Şahbazın geri qaytarılması məsələsinə də toxunub:

"Ermənilər yolu bağlayıb etiraz aksiyası keçirirlər. Məni bir sual düşündürür, bu aksiya kimə qarşıdır? Əgər Azərbaycana qarşıdırsa, niyə yolu bağlayırsınız? Əgər bizə qarşıdırsa, niyə düşünürsünüz ki, problemə kifayət qədər diqqət ayırmırıq? Mənim arvadım iki dəfə bu ailəyə baş çəkib. Əgər söhbət Ermənistanın səylərini artırmasından gedirsə, başa düşmək lazımdır ki, proses Ermənistanın maraqlarına uyğun olmalıdır. Bundan başqa Zaven Karapetyan da Azərbaycandadır. Ona görə niyə yolu bağlamırlar? Yetimdir ona görə? Azərbaycan tərəfi dəyişməyi təklif edir. Biz buna getməliyikmi? Azərbaycan tərəfinə iki Ramil Səfərovu qaytarmalıyıqmı? Kazaryan ailəsinin faciəsini başa düşürəm. Amma Gürcüstanda yolu bağlamaq məsələsini başa düşmürəm. Elə bir şey varmı ki, etmək olar və biz bunu etmədik? Bu, vəziyyəti düzgün başa düşməməkdir", - Paşinyan bildirib.