Azərbaycana Asiya və Yaxın Şərq ölkələrindən gələn turistlərin sayı artıb


Digərləri 20 Noy 2018 15:40:00 219 0

Azərbaycana Asiya və Yaxın Şərq ölkələrindən gələn turistlərin sayı artıb

2018-ci ilin yanvar-oktyabr aylarında Asiya və Yaxın Şərq ölkələrindən gələn səyahətçilərin sayında böyük artım müşahidə olunur.

Bakı. İlhamə İsabalayeva - 2018-ci ilin yanvar-oktyabr aylarında Asiya və Yaxın Şərq ölkələrindən Azərbaycana gələn turistlərin sayında böyük artım müşahidə olunur. Dövlət Turizm Agentliyindən Trend-ə verilən məlumata görə, 2018-ci ilin yanvar-oktyabr aylarında Yaxın Şərq ölkələrindən gələn turistlərin sayı 330 min olub, bununla da ötən ilin eyni dövrü ilə müqayisədə 42% artım baş verib. Bu regiondan daha çox turist Səudiyyə Ərəbistanı, İsrail və Küveytdən gəlib. Yanvar-oktyabr ayları ərzində Azərbaycana gələnlər arasında Rusiya vətəndaşları 752 min turistlə birinci yerdə durur. Rusiyalı turistlər 2017-ci ilin eyni ayları ilə müqayisədə 3,3% artaraq Azərbaycana gələn bütün xarici vətəndaşların 31%-ni təşkil edir.