Qətərdə regionun ultramüasir klinikası açılıb (FOTO)


Digərləri 20 Noy 2018 15:27:20 336 0

Qətərdə regionun ultramüasir klinikası açılıb (FOTO)

Dohada “Sidra Medicine” – bütün dünya üçün unikal olan, qadınlar və uşaqlar üçün nəzərdə tutulan tam müasir klinikanın rəsmi açılış mərasimi keçirilib.

Bakı. Dohada “Sidra Medicine” – bütün dünya üçün unikal olan, qadınlar və uşaqlar üçün nəzərdə tutulan tam müasir klinikanın rəsmi açılış mərasimi keçirilib. Ultramüasir və innovativ klinikanın dizaynını məşhur memar Pelli Klark layihələndirib. Sözügedən tibb müəssisəsinin ştatına 85 ölkədən olan 4 000 yüksək ixtisaslı əməkdaş daxildir ki, əməkdaşların hamısını bir məqsəd birləşdirir – qadınlara, uşaqlara və yeniyetmələrə yüksək keyfiyyətli xidmətlər göstərmək. Yeni klinika ambulator və stasionar müalicə çərçivəsində 500-dən çox istiqamət üzrə xidmət təklif edir. “Sidra Medicine”də palataların ümumi sayı 400-ə çatır. İntraəməliyyat MRT-si və robotlaşdırılmış əməliyyat sistemləri də daxil olmaqla aparıcı texnologiyalar sayəsində “Sidra Medecine”nin mütəxəssisləri xəstəliyin hətta yüksək risk və ağırlaşması hallarında müəlicəyə fokuslanır. “Sidra Medicine” komandasına pediatriyanın kardiologiya, nevrologiya, urologiya, plastiki və üz-çənə cərrahiyyəsi istiqamətləri üzrə mütəxəssislər daxildir. Klinikanın rəsmi açılış mərasimində Qətərin sabiq əmiri Əlahəzrət Şeyx Həmad bin Xəlifə əl Tani və Qətər Təhsil, Elm və Cəmiyyətin İnkişafı Fondunun (“Qatar Foundation”) rəhbəri Şeyxa Moza bint Naser əl-Misned iştirak ediblər. “Tibb sahəsində yeni dövrün başlanğıcının rəmzi sayılan və bu sahənin innovasiya və texnologiyalar lideri olan “Sidra Medicine” tədqiqat mərkəzi qismində Qətərin səhiyyə sisteminin keyfiyyətli bir səviyyəyə keçməsinə təkan verib. “Sidra Medicine” klinikasının imkanlarına xüsusilə Kardiologiya şöbəsində” robotlaşdırılmış cərrahiyyə əməliyyatlarının, həmçinin, şəkərli diabet, ürək-damar və digər ciddi xəstəliklər üzrə tədqiqatlar aparılması daxildir. Bundan başqa, “Sidra Medicine” Qətərin Genom Proqramı (“Qatar Genome Project”) ilə birgə Qətərin milli genom bazasının yaradılması istiqamətində işlər aparır ki, bu baza mütəxəsisslərə xəstəliyin strukturunu daha yüksək səviyyədə anlamağa imkan verəcək bilik mübadiləsini asanlaşdıracaq”, - deyə Şeyxa Moza bint Naser əl-Misned bildirib. Regionun ən iddialı layihələrindən olan “Sidra Medicine” klinikası Qətər və digər ölkənin pasiyentlərinə yüksək səviyyəli xidmətlər göstərən unikal bir tibb və tədqiqat mərkəzinin yaradılması və inkişaf etdirilməsi məcrasında Şeyxa Moza bint Naser əl-Misnedin baxışını nümayiş etdirir. Yeni klinika əhalinin artan tələbatını ödəyərək əvvəllər həm ölkədə, həm də bütün regionda əlçatmaz olan pediatriya xidmətləri göstərir.