Qusar sakininin bank hesabından oğurluq edən şəxs saxlanılıb


Digərləri 20 Noy 2018 15:15:32 212 0

Qusar sakininin bank hesabından oğurluq edən şəxs saxlanılıb

Bank hesabından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakı. Vətəndaşın bank hesabından oğurluq etməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini A.Həsənov bankomat kartının oğurlandığını və hesabındakı 790 manatın çıxarıldığını bildirib.