Mağazalardan rüşvət alanların məhkəməsi başladı


Digərləri 20 Noy 2018 15:00:00 224 0

Mağazalardan rüşvət alanların məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Səfər Vəliyev və Elnur Rzayevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

S.Vəliyev və E.Rzayev ittiham üzrə özlərini qismən təqsirli bilib.

Prosesdə ifadə verən E.Rzayev bildirib ki, o özünü Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı kimi təqdim etməyib: "Əvvəl Sahibkarlıq Hüquq Cəmiyyətində işləmişəm. Həmin cəmiyyətin vəsiqəsi olub, sədrimiz isə Əli Babayev idi. Orada sahibkarlara könüllü olaraq təlim keçirdim. Buna görə də sahibkarlardan zəhmət haqqı alırdım. Bir çox mağazalar bizim təklifimizi qəbul etmişdi. Gedib orada vaxtı keçmiş malları aşkar edirdik və sonra sahibkarlara başa salırdıq. Əvvəl mağazalara gedəndə heç Qida Təhlükəsizliyi Agentliyi yaranmamışdı. Ümumiyyətlə agentliyin adından istifadə etməmişik. Sonra cəmiyyət ləğv edildi və vəsiqəni Əli müəllimə verə bilmədik".