Bakıda həkimə qarşı dələduzluq edən şəxsə hökm oxundu


Digərləri 20 Noy 2018 14:59:00 226 0

Bakıda həkimə qarşı dələduzluq edən şəxsə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Cahid İsayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Cahid İsayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə C.İsayev 8 il azadlıqdan məhrum edilib. İttihama görə, C.İsayev Familə Abdullayeva ilə Mehriban Məmmədovaya qarşı dələduzluqda təqsirləndirilir. O, Bakıda həmin şəxslərə yalan vədlər verərək depolardan tibbi ləvazimatlar alıb apteklərə satmaq yolu ilə gəlir əldə edəcəklərini bildirib.