Xatun: "Fatimə mənə barışıq təklif etdi"


Şou-biznes 20 Noy 2018 14:42:00 344 0

Xatun: "Fatimə mənə barışıq təklif etdi"

"Çoxdan bilirdim ki, məhkəməni udmuşam, amma susdum. Gördüm ki, boş xəbərlər yaydılar. Qalibəm, amma danışmadım. Uduzan adam gedib danışır".

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva "Şou news"a açıqlamasında deyib. Sənətçi rəqqasə Fatimə Fətəliyeva ilə arasında olan məhkəmə prosesindən danışarkən deyib. 

Qalib olduğunu söyləyən Xatun, Atasının qarşı tərəfdən üzr istəməsini yalan adlandırıb:

"Atam elə şey etməyib. Mən məhkəmədə udmuşamsa, niyə üzr istəyim? Onun vəkili dedi ki, gəlin bunları barışdıraq. Atam da onu məhkəməyə verə bilər. Oturub tamaşanı seyr edirəm. Danışıram vay, susuram vay. 

Deyir ki, bu aləmdə tək mən olum, xınanı mən yaxım. Biz də kənarında xına yaxaq da, nə olar. Cəfəngiyat danışmıram, faktlar var əlimdə. Məni məhkəməyə verib, həm də barışıq təklif edir".