Kraliça gəlininə xəbərdarlıq etdi:


Digərləri 20 Noy 2018 14:34:00 268 0

Kraliça gəlininə xəbərdarlıq etdi:

Britaniya şahzadəsi, 34 yaşlı Harri xanımı, 37 yaşlı Meqan Marklla birlikdə dünən Londondakı "Palladium"da təşkil olunmuş "Royal Variety Performance" konsertinə qatılıblar.

Hamilə hersoginya londonlu modelyer Safiyanın əsəri olan qara-ağ geyimdə idi.

"Royal Variety Performance"ın ilk konserti 1912-ci ildə keçirlib və əldə olunmuş vəsait Britaniya Estrada Artistlərinin Xeyriyyə Fonduna verilib.

Kraliça 2-ci Yelizavetanın hami olduğu şounun ənənələri indi də davam edir.

Dünənki konsertdə "Take That", Corc Ezra, Rik Estli və başqaları çıxış ediblər.

Bu arada bəlli olub ki, Britaniya kraliçası 2-ci Yelizaveta nəvəsi, şahzadə Harrinin xanımı, 37 yaşlı Sasseks hersoginyası Meqan Marklın geyim seçimindən və dəblə bağlı baxışlarından kəskin şəkildə narazıdır.