Nazirlik: "Hemodializlə müalicə üçün növbədə dayanan xəstə yoxdur"


Digərləri 20 Noy 2018 14:06:00 256 0

Nazirlik: "Hemodializlə müalicə üçün növbədə dayanan xəstə yoxdur"

"Bu gün Azərbaycanda dövlət hesabına hemodializlə müalicə üçün növbədə demək olar ki, xəstə yoxdur".

Son.az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyindən deyiblər.

Nazirlikdən bildirilib ki, Nazirlər Kabinetinin 2016-2020-ci illər üçün "Xroniki Böyrək Çatışmazlığı" Dövlət Proqramına uyğun olaraq Sabirabad və Zərdab MRX-da Hemodializ şöbələri əhalinin istifadəsinə verilib. Sabirabadda istifadəyə verilən 8, Zərdab Mərkəzi rayon xəstəxanasında isə 5 süni böyrək aparatları bu xəstəlikdən əziyyət çəkən hər iki rayon sakinlərinin ehtiyaclarını dövlət hesabına ödəməyə imkan verəcək.

Hazırda xəstələr 71 adda dərman və tibbi ləvazimatlarla Səhiyyə Nazirliyinin tərəfindən tam təmin olunurlar.


Xəbərə aid fotolar