Ailəli kişinin evinə gedən gənc qız:


Digərləri 20 Noy 2018 13:34:00 254 0

Ailəli kişinin evinə gedən gənc qız:

Məni evdə xidmətçi kimi işlədirdilər. Anam saçımdan tutub sürüyürdü. Evin bütün işlərini mənə gördürürdülər. Bunu övlad olaraq etmək başqa, xidmətçi kimi alçaldılaraq etmək başqa. Bir stəkan çayın rəngi azacıq açıq olanda, çayı üstümə tullayırdı ki, get, təzəsini gətir.

Hər bir ailənin özünəməxsus tərbiyə qaydaları, adətləri, qəbul edib-etmədiyi nüanslar olur. Lakin ailədə övladlara qarşı biganə münasibət birmənalı olaraq həmin uşaqların taleyinə təsir edir. Bu gün haqqında danışacağımız 21 yaşlı L.A. (ad şərtidir) məhz valideynlərinin biganə münasibətindən qurtulmaq üçün bir çox səhvlərin qurbanı olub. 

Son.az oxu.az-a istinadən 21 yaşlı qızın acı taleyini təqdim edir:

"Xahiş edirəm məni anama verməyin, o məni öldürəcək"

Dayanmadan bu cümləni təkrar edirdi. Düşündüm ki, o, bu sözləri ani bir qorxunun təsiri altında deyir. Ağlamaqdan iki cümləni ard-arda qoşub deyə bilmirdi. Nəhayət, özünü toplayıb danışmağa başladı. L. A. deyir ki, bir anda bütün həyatı alt-üst olub:

"Doqquzuncu sinfi bitirdikdən sonra ailəm mənə düşmən kimi davranmağa başladı. Atam məni evləndirmək istəyirdi, mən isə sevmədiyim insanla evlənmək istəmirdim. Bir neçə dəfə evə gələn adamlara kobudluq etmişdim.

Bəlkə də, onun əvəzini çıxmaq üçün anam mənə zülm verirdi. Saçımdan tutub sürüyürdü. Bir işi gecikdirəndə ağac budağını qırıb, əllərim göyərənə qədər vururdu. Qonşunun qızları kursa, gəzməyə gedirdi. Mən isə heç yerə çıxa bilmirdim.

Dörd ay bundan qabaq qonşumuz evini təmir etdirirdi. Bir dəfə usta bizim qapını döyüb atamdan kömək istəmişdi. Məni də onda görmüşdü. Ondan çox xoşum gəlmişdi. Sonra bəhanələrlə bizə gəlib-gedirdi. Bir dəfə nömrəsini yazıb qoymuşdu stəkanın yanına. Məndə görüb, götürmüşdüm. Onunla danışmağa başladıq. Anam bunu bilənə qədər, hər şey yaxşı idi. Anam öyrəndikdən sonra atama dedi və məni öldürəcəkləri ilə hədələdilər".

L. A. danışdıqca onun dediklərinə dair suallarım yaranmağa başlayırdı. Bəlkə də, valideynlərinin laqeyd münasibətinin də rolu var, amma başına gələnlərin əksəriyyətinin öz səhvi olduğunu da başa düşürdü. O bildirir ki, qonşuluqda işləyən usta onunla evlənəcəyini deyib:

"İki aya yaxın telefonla danışırdıq. Hər şey yaxşı idi. Mənim ondan xoşum gəlirdi. O deyirdi ki, mənimlə ailə quracaq. Evimizdə xadimə kimi işləməkdən o qədər yorulmuşdum, sevinirdim ki, ailə qurub gedəcəm. Sonra anam mənim oğlanla danışdığımı bildi və telefonumu əlimdən aldı. Həmin gün gecəni səhərə kimi məni döydü, otaqdan çıxmağa qoymadı. Sabah evdən qaçıb bibimgilə getdim. Bir müddət onlarda qaldım. Bibimgilin ev telefonundan oğlanı yığıb danışırdım.


Xəbərə aid fotolar