Dünyada neftin qiymətini üç nəfər müəyyən edir


Dünya 20 Noy 2018 13:30:00 286 0

Dünyada neftin qiymətini üç nəfər müəyyən edir

Dünya bazarında neftin qiymətini 3 nəfər - Səudiyyə Ərəbistanı şahzadəsi, Rusiya və ABŞ prezidentləri müəyyən ediblər və bundan sonra da onlar müəyyən edəcəklər.

Son.az Report-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi yazıb. 

Agentliyin köşə yazarı Culian Linin fikrincə, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) neftin qiymətinə nəzarət etmək imkanını əldən verib.