“Nə varsa, götürürdüm” 20 yaşlı oğrunun gecə 2dən sonrakı “məharət”i


Kriminal 20 Noy 2018 13:06:00 210 0

“Nə varsa, götürürdüm”  20 yaşlı oğrunun gecə 2dən sonrakı “məharət”i

Abşeronda 20-ə yaxın avtomobildən oğurluq edən şəxs saxlanılıb.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, Abşeron Rayon Polis əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı, 20 yaşlı İsmayıl Məmmədov saxlanılıb.

O, bu vaxta qədər 20-ə yaxın avtomobili qarət etməkdə şüphəli bilinir. Əsasən gecə saatlarında avtomobillərin şüşələri sındırılıb və oğurluqlar törədilib. 

İsmayıl Məmmədov - saxlanılan şəxs: "Gecə 02:00-dan sonra Masazır, Xırdalan, Abşeron ərazilərində oğurluq edirəm. Həyətdə,"moykada" saxlayırlar. Şüşəni qırıb, maşının içinə girirəm. Əsasən pul, qızıl daha çox bunlara üstünlük verirəm. Onlar olmayanda saat, maqnitafon, nə varsa hamsını götürürdüm. Sata bildiklərimi satırdım".


Xəbərə aid fotolar