AÇ-2020-nin qaydaları: Eyni qrupda olmayacaqlar!


İdman 20 Noy 2018 13:05:00 273 0

AÇ-2020-nin qaydaları: Eyni qrupda olmayacaqlar!

Dekabrın 2-də İrlandiyanın Dublin şəhərində AÇ-2020-nin püşkatma mərasimi keçiriləcək. 55 ölkə hər birində 5, yaxud 6 komanda olmaqla 10 qrupda mübarizə aparacaq.

Goal.az 

xəbər verir ki, UEFA püşkatma zamanı ölkələr arasında siyasi gərginliyi, uzaqlıq və hava şəraitini nəzərə alaraq, bəzi millilərin bir-biriylə eyni qrupda iştirak etməsinə imkan yaratmayacaq:

Arasında siyasi gərginlik olan ölkələr:

Ukrayna - Rusiya

Kosovo - Bosniya və Herseqovina 

Kosovo - Serbiya

İspaniya - Cəbəllütariq

Azərbaycan - Ermənistan

Uzaq məsafəyə görə yalnız biriylə qarşılaşa biləcək millilər:

Azərbaycan: Cəbəlüttariq, İslandiya və Portuqaliya 

İslandiya: Ermənistan, Gürcüstan, İsrail və Kipr

Qazaxıstan: Andorra, İngiltərə, Fransa, Farer Adaları, Cəbəlüttariq, İslandiya, Malta, İrlandiya, Şimali İrlandiya, Portuqaliya, İspaniya, Uels, Şotlandiya millilərindən sadəcə biriylə qarşılaşa biləcək.

Qış şəraitinin ağır olduğu ölkələr:

Belarus, Estoniya, Farer Adaları, Finlandiya, İslandiya, Litva, Norveç, Rusiya, Ukrayna

55 komandayla start götürəcək qrup oyunları gələn ilin martın 21-dən noyabrın 19-a qədər keçiriləcək. 12 fərqli ölkədə keçiriləcək AÇ-2020 12 iyunda başlayacaq və bir ay davam edəcək. (komanda.az)