"Aparıcılar özlərini mədəniyyətsiz və tərbiyəsiz aparırlar. Üstümə su tökmüşdü..."


Şou-biznes 20 Noy 2018 12:48:00 274 0

"Aparıcılar özlərini mədəniyyətsiz və tərbiyəsiz aparırlar. Üstümə su tökmüşdü..."

"Efirdə aparıcılar özlərini mədəniyyətsiz və tərbiyəsiz aparırlar. Çıxdığım iki-üç proqramda bunun şahidi oldum. Proqramlarda sənətçilərə münasibəti və davranışı gördüm. 5-6 ildir ki, verilişlərə getmirəm. Bir televiziya proqramına çıxmışdım. Aparıcı üstümə su tökdü, onu götürüb kənara qoydum. Həmin günü çox əsəbi idim, amma şou etdim". 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Rəhim Rəhimli Murad Arifin aparıcılıq etdiyi "Popumuz var" adlı "Youtube" layihəsinə qonaq olarkən deyib.