Litva azərbaycanlı sahibkarlar üçün Avropa İttifaqına açılan qapı ola bilər


Digərləri 20 Noy 2018 12:39:18 266 0

Litva azərbaycanlı sahibkarlar üçün Avropa İttifaqına açılan qapı ola bilər

Litva azərbaycanlı sahibkarlar üçün Avropa İttifaqına (Aİ) açılan qapı ola bilər

Bakı. Sara İsrafilbəyova - Litva azərbaycanlı sahibkarlar üçün Avropa İttifaqına (Aİ) açılan qapı ola bilər. Bunu Trend və “Azernews” qəzetinə müsahibəsində Litvanın xarici işlər nazirinin müavini Daryus Skusyaviçyus deyib. O qeyd edib ki, Litva azad ticarət zonalarına, maşınqayırma, sənaye avadanlığı, elektronika, biotexnologiya, ekoloji təmiz texnologiya, İKT, elmi-tədqiqat, nəqliyyat və digər sahələrə investisiyalar üçün əlverişli şərtlər təqdim edir. Nazir müavininin sözlərinə görə, Azərbaycanla Litva arasında əməkdaşlığın inkişafı üçün perspektivli sahələr informasiya texnologiyaları, nəqliyyat və logistika, elektron avadanlıq, səhiyyə və qida sənayesidir.