Kuman: "Millətlər Liqasının qalibi olmaq istərdik"


İdman 20 Noy 2018 12:44:00 260 0

Kuman: "Millətlər Liqasının qalibi olmaq istərdik"

Hollandiya millisinin baş məşqçisi Ronald Kuman millinin Millətlər Liqasının pley-qff mərhələsinə çıxmasını dəyərləndirib.

Goal.az xəbər verir ki, qrup mərhələsinin sonuncu turunda Almaniya ilə matçda qeydə alınan heç-heçə (2:2) hollandları növbəti mərhələyə yüksəldib. Kuman deyib: “Qrup qalibiyik. Almanlarla oyunda komandama inanırdım. Əla oyun oldu. Gələn il iki böyük turnirdə çıxış etmək şansı qazandıq. Millətlər Liqasının qalibi olmaq istərdik. Əsas məqsədimiz Avropa çempionatında iştirakdır. Hollandiya millisi indi yaxşı formadadır. Düşünürəm ki, bu cür komanda ilə istənilən mükafatı əldə etmək olar”. Pley-off mərhələsinin oyunları gələn il iyunun 5-9-da Portuqaliyada keçiriləcək. Hollandlarla (qrup1) yanaşı, İsveçrə (qrup 2), Portuqaliya (qrup 3) və İngiltərə (qrup 4) millisi pley-off mərhələsinə vəsiqə əldə edib.