Bakı metrosunda qadınlara qarşı soyğunçuluq və oğurluq


Digərləri 20 Noy 2018 12:38:00 257 0

Bakı metrosunda qadınlara qarşı soyğunçuluq və oğurluq

Polis əməkdaşlarının operativliyi və ayıq-sayıqlığı sayəsində ictimai nəqliyyatda soyğunçuluq və oğurluq etməkdə şübhəli bilinən şəxslər yaxalanıblar. 

DİN Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, noyabrın 19-da saat 9 radələrində metronun "Koroğlu" stansiyasının platformasında naməlum şəxs Saatlı rayon sakini G.Həsənovanın çantasından içərisində pulu, şəxsiyyət vəsiqəsi və tələbə bileti olan pulqabısını açıq talama yolu ilə aparıb.

Dərhal görülmüş tədbirlərlə soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Orxan Məcidov Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.