"Üfunətli nəfəsini yanımda çəkə bilmir..."


Şou-biznes 20 Noy 2018 11:42:00 231 0

"Üfunətli nəfəsini yanımda çəkə bilmir..."

"Özlərini bəyənmişlər, mənə özlərini rəqib bilənlər var ki, içi özlərini, çölü özgələrini yandırır deyərlər. Məni dərk edib, həzm edə bilməyənlər isə nəinki məni, hətta, Allahın şah əsərləri olan gözəlliklərə qarşı üfunətli nəfəslərini yanımda çəkə bilməyib öz saxta, süni, savadsız, maskalı münasibətlərini istəsələr də, gizlədə bilmirlər. Elza Seyidcahan xanımın hər çıxışı illərin müzakirəsinə dönür. Bunu çoxları bilir və təsdiqləyir, təəccüblənir. "Ayə, niyə bu bizim ağlımıza gəlmədi?" deyirlər".

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri əməkdar artist Elza Seyidcahan İnstaqram səhifəsində yazıb. Müğənni ünvanına təhqir yazanlara, ifaçılığı bəyənməyənlərə cavab verib: