Kəmaləddin Heydərov Gəncədə partlayış baş verən əraziyə gəldi


Digərləri 20 Noy 2018 11:32:00 439 0

Kəmaləddin Heydərov Gəncədə partlayış baş verən əraziyə gəldi

Gəncə şəhərinin Kəpəz rayonunda yaşayış binasında baş vermiş uçqunla əlaqədar olaraq fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin digər rəhbər şəxsləri hadisə yerinə gəliblər.

Son.az FHN-ə istinadən məlumat verir ki, Kəmaləddin Heydərov qəza-xilasetmə işlərinin gedişatı ilə yaxından tanış olub, xilasetmə tədbirlərinin daha operativ həyata keçirilməsi üçün müvafiq tapşırıqlar verib.​


Xəbərə aid fotolar