Azərbaycanda xurma məhsulunda Aralıq dənizi milçəyi aşkar olunub - FOTO


Digərləri 20 Noy 2018 11:35:00 270 0

Azərbaycanda xurma məhsulunda Aralıq dənizi milçəyi aşkar olunub - FOTO

Azərbaycanda xurma məhsulunda Aralıq dənizi milçəyi aşkar olunub.

Bakı. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin fitosanitar müfəttişləri tərəfindən mütəmadi olaraq monitorinqlər davam etdirilir. Agentlikdən Trend-ə verilən məlumata görə, monitorinqlər çərçivəsində Bakı şəhəri ətrafında yerləşən kəndlərdə karantin zərərli orqanizmlər sirayətlənməsi şübhə doğuran xurma məhsulundan müayinə üçün nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Aparılan müayinələr nəticəsində nümunələr götürülmüş xurma məhsulunda Aralıq dənizi meyvə milçəyi (Ceratitis capitata (Wedemann)) aşkar olunub. Bu zərərli orqanizm xüsusilə müxtəlif fəsilələrdən olan meyvə ağaclarına zərər vurur. Həmçinin meyvələrin çürüməsinə səbəb olan göbələklərin yayılmasına şərait yaradır.